Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2026 , 10:58

151

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hərəkətlilik hiss olunsa da, ortada ciddi problemlər qalmaqdadır: YENƏ QARADAĞ BƏLƏDİYYƏLƏRİ HAQQINDA

Son günlər Qaradağ bələdiyyələrinin, xüsusəndə Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad  bələdiyyələrinin fəaliyyətsizliyi ilə bağlı ard-arda yazılar paylaşıram. Məqsəd aydındır. Onları hərəkətə gətirmək və vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı olmaqdır.

Beləliklə, ötən müddət ərzində yalnız Ələt bələdiyyəsinin xanım sədrinin reaksiya verməsi sadəcə təəsüf doğurur. Telefon söhbətində Ələt bələdiyyəsinin sədri yeni seçildiyini və bələdiyyədə əvvəlki illərdə formalaşmış ənənəni qoruyub saxlamağa çalışdığını, ötən ilyarım müddətində isə yeni işinə adaptasiya olması üçün var qüvvə ilə çalışdığını dedi.

Ələt bələdiyyəsinin əvvəlki sədrinin həm də rayon əlaqələndirmə şurasının sədri olduğunu, bələdiyyənin inzibati bina məsələsini həll etməyi bacardığını bilirəm. Sadəcə xanım sədrə tövsiyəm odur ki, bələdiyyənin fəaliyyəti təbliğ olunsun. Bələdiyyənin fəaliyyəti tək qəsəbədə deyil, həm də ətrafda hiss olunmalıdır.

Qızıldaş, Lökbatan, Səngəçal və Müşfiqabad bələdiyyələrinin rəsmilərinin bu günədək yazılanlara reaksiya verməmələri isə təəsüf doğurur. Səngəçal bələdiyyəsində fəaliyyətin iflic vəziyyətdə olması göz önündədir. Müvəqqəti seçilmiş müavin əvvəlki illərdən yığılmış “yükün” altına girmək istəmir. Sədr müavininin bu addımında da yəqin ki, bir həqiqət payı var. Lakin bu məsələni özbaşına buraxmaq olmaz. Qaradağ RİH rəsmilərinin də kənardan müşahidəçi rolunda çıxış etməsi qəbul edilən deyil. Belə məqamda RİH rəsmiləri öz tövsiyələrini verməyə bilavasitə borcludurlar. Kənarda müşahidə edib vəziyyətin daha ağır şəkil almasını gözləmək isə heç bir məntiqə sığmır, konkret.

Müşfiqabad bələdiyyəsinin də DSMF borcunun olması, sanki meydanda tək qalması anlamına gəlməsi, hələ yerində saymaq demək deyil. Yazılanlara reaksiya vermək, yaranmış vəziyyətə aydınlıq gətirmək bütün hallarda mümkündür və zəruridir. Bəs belə olan halda niyə susqunluq nümayiş etdiririk? Təəcüblüdür.

Qızıldaş və Lokbatan bələdiyyələrindəki yaranmış vəziyyət isə “ekrana sığmır” . Yazıları oxuyub, hətta aralarında müzakirə edir, amma reaksiya verib nəyin düz, nəyin səhv olduğunu etiraf etməyi bacarmırlar.

Ancaq biz hər iki bələdiyyənin vergi xidmətinin hansı forma və məzmunda çalışması haqqında bilgilərimiz var.  Hazırda bu bilgilər dəqiqləşdirilir. Qeyd edim ki, çox ciddi məqamlardır. İndidən belə nəticəyə gəlmək olar ki, işə bu cür “nəfslə” yanaşmağın sonu pis qurtara bilər. Odur ki, tövsiyə edirəm baxış bucağını dəyişin, cənablar.

Bələdiyyənin traktorunun rayonun bütün yerlərində söküntüyə cəlb edilməsi, verilən tapşırığın hətta RİH rəsmiləri tərəfindən yoxlanılması açığı məndə çoxsaylı suallar yaradır. Nə isə...

Ötən dəfə verdiyim sualı Lokbatan bələdiyyəsinin sədrinə yenə ünvanlayıram:

- Bələdiyyənin balansında olan traktorun istifadəsindən  cari ilin birinci yarısında bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub, bununla yanaşı onun saxlanılmasına bu müddət ərzində nə qədər vəsait xərclənib?

Bu məlumatı  bəlkə açıqlayasınız. Mən irivergi ödəyicilərinə olan münasibətə hələ toxunmuram. Onsuz da müvafiq proqramda atılan hər bir addım yaddaşdadır. Onu isə ortalığa çıxarmaq elə də çətin iş deyil. Nə isə...

Cənablar, gəlin fəaliyyətimizə yenidən baxaq, vətəndaş məmnunluğunun təmin edilməsinə diqqət yetirək. Vətəndaş həm də sizin seçicinizdir. Onlara hesabat vermək isə hər bir bələdiyyənin borcudur. Nə isə...

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
389

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
440

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
618

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
662